Şənbə, 04 May

Rusiyada 10 uşağı olanlara 1 milyon rubl mükafat veriləcək - "Qəhrəman Ana"

image

Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqı dövründən qalan mükafat proqramını yenidən təqdim etməyə hazırlaşır.

Xəbər verilir ki, Putin Sovet dövründə İosif Stalinin idarə etdiyi 10 və daha çox uşağı olan qadınlara verilən “Qəhrəman Ana” mükafatını yenidən vermək qərarına gəlib.

Putinin imzaladığı qərara əsasən, qadınlara birdəfəlik 1 milyon rubl (təxminən 27 min 800 manat) veriləcək. Lakin mükafatı almaq üçün 10-cu uşaq bir yaşına çatmalı, digər 9 uşaq isə sağ olmalıdır. Bildirilib ki, mükafata layiq görülən qadınlara qızıl medal da təqdim olunacaq.

Qeyd edək ki, 1944-cü ildə Stalin əhalinin sayını artırmaq üçün bu qanunu gündəmə gətirdi və 400 min qadına mükafat verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15